Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- Siqnalçı və ilməkçi peşəsi üzrə çalışan işçilər, yükqaldırma sahəsinə cəlb edilmiş işçilər
Niyə bu təlim?
Kursun əsas məqsədi Siqnalçı və İlməkçi peşəsi üzrə çalışan işçilərin təlimi zamanı nəzəri hissədə yükqaldırma əməliyyatlarında istifadə olunan avadanlıqlar, onların növləri, yerləşdirilməsi və quraşdırılması haqqında məlumat, əsaslı yoxlamaların və inspeksiyaların aparılmasına dair tələblər, yükqaldırma əməliyyatları zamanı siqnalçı və ilməkçinin vəzifə və məsuliyyətləri, əməliyyatlar zamanı radio və əl işarələrindən düzgün istifadə, yükqaldırma əməliyyatları zamanı istifadə olunan aksesuarlar haqqında məlumat və onların təhlükəsiz istifadə qaydaları, əməliyyat öncəsi yükün çəkisinin təyin olunması, düzgün qoşqu nöqtələrindən istifadə etmək, işdən öncə planlaşdırmanın düzgün aparılması və.s işlər üzrə biliklərin artırılmasından ibarətdir.
Sertifikatlaşdırma
LEEA (Lifting Equipment Engineers Association)
Təlim necə keçirilir?
Təşkilata faydalası
Bu kursun təşkilata əsas faydası, qaldırma əməliyyatlarının daha təhlükəsiz, səmərəli və standartlara uyğun şəkildə həyata keçirilməsini təmin etməsidir. Təlim nəticəsində işçilərin bilik və bacarıqları artır, bu da əməliyyat zamanı səhvlərin və insan faktorundan qaynaqlanan risklərin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarır.
Bundan əlavə, kurs təşkilatda LOLER və PUWER kimi beynəlxalq tələblərə uyğunluğun təmin olunmasına dəstək verir. Bu isə hüquqi risklərin azalmasına və auditlər zamanı daha uğurlu nəticələrin əldə olunmasına şərait yaradır.
Təlim keçmiş siqnalçı və ilməkçilər tərəfindən düzgün planlaşdırılmış və icra olunan əməliyyatlar avadanlıqların zədələnməsi, yükün düşməsi və istehsalat qəzaları kimi halların qarşısını alır. Nəticədə, iş dayanma müddətləri azalır, əməliyyatların davamlılığı qorunur və ümumi məhsuldarlıq artır.
İştirakçı üçün yaratdığı dəyər
Bu praktiki təlimin iştirakçıya əsas faydası, onun real iş mühitində təhlükəsiz və peşəkar şəkildə fəaliyyət göstərməsi üçün zəruri bacarıqlar əldə etməsidir. Təlim nəticəsində iştirakçı fərdi mühafizə vasitələrindən düzgün istifadə etməyi, qaldırma əməliyyatından əvvəl işi planlaşdırmağı və riskləri düzgün qiymətləndirməyi praktiki olaraq mənimsəyir.
Bundan əlavə, iştirakçı yükün çəkisini və ağırlıq mərkəzini düzgün təyin etməyi, yükləri təhlükəsiz şəkildə ilməkləməyi və əməliyyat zamanı təhlükəsiz məsafə və marşrutun təmin edilməsini öyrənir. Bu bacarıqlar onun həm öz təhlükəsizliyini, həm də komanda üzvlərinin təhlükəsizliyini qorumasına imkan yaradır.
Təlim Proqramı (Günlər Üzrə)
1. Nəzəri hissə
1.1 Dinləyicilərin qeydiyyatı və ilkin təlimatın keçirilməsi. Yükqaldırma əməliyyatları haqqında ümumi məlumat
1.2 LOLER qaydaları haqqında ümumi məlumat (izahı, tətbiqi)
1.3 Güc və sabitlik. İnsan qaldıran yükqaldırma avadanlıqları
1.4 Yerləşdirmə və quraşdırma. İşarələnmə. İşin təşkili və planlaşdırma. Əsaslı yoxlama və inspeksiya
1.5 Yükqaldırma əməliyyatları zamanı siqnalçı və ilməkçinin vəzifə və öhdəlikləri. Təhlükəsizlik qaydaları
1.6 Rabitə vasitələrindən düzgün istifadə qaydaları
1.7 Ən çox istifadə olunan və tövsiyə edilən əl işarələri
1.8 Troslar, zəncirlər, lifli burazlar, sırğalar, rımboltlar, qarmaqlar, lövhə qapmaları, vertikal lövhə qapmaları və qaldırıcı tirlər haqqında məlumat
1.9 Mobil və tırtıllı kranlar, manipulyatorlar, mobil və daşına bilən yükqaldırma mexanizmləri. Növləri və fərqləri
1.10 İstifadədən öncə yoxlama, limitlər, pazlı sıxaclar
1.11 Təhlükəsiz yük indikatoru, yük cədvəli və radius. Çəkilər və ölçü vahidləri
1.12 Qoşqu nöqtələrinin sayına görə aksesuarların SWL/WLL-nin təyin olunması
1.13 İlgəklərin növləri, istifadə qaydaları və düzgün istiqaməti. Qoşqu nöqtələri üçün tələblər
1.14 Fərqli konfiqurasiyalarda SWL-də dəyişikliklər. Həddən artıq yükləmə
1.15 Nəzəri biliklərin yoxlanılması
2. Praktiki hissə
2.1 Siqnalçının aparılacaq əməliyyat haqqında iş öncəsi təlimat keçməsi. İşin planlaşdırılması. Vəzifə bölgüsü. Risklərin düzgün qiymətləndirilməsi
2.2 Fərdi qoruyucu vasitələrdən düzgün istifadə (əlcək, dəbilqə, qoruyucu ayaqqabı və s.). Yükün çəkisini və mərkəzini düzgün qiymətləndirmək. Ərazinin baryerə alınması
2.3 Düzgün əl işarələrindən istifadə. Yükə uyğun aksesuarın seçilməsi. Avadanlığın yükə uyğunluğunun yoxlanması
2.4 Ağırlıq mərkəzi fərqli yüklərin düzgün ilməklənməsi. Kor əməliyyatlar. Yüklərin maneələrdən keçirilməsi
2.5 Yükqaldırma əməliyyatlarından öncə aksesuarların yoxlanılması. Yükün düzgün ilməklənməsi. Atəş xətti
2.6 Kəndirlərdən düzgün istifadə. Siqnalçının göstərişlərinə əməl olunması
2.7 Yükün qoyulacaq yerinin hazırlanması. Əməliyyatın sonunda aksesuarların yoxlanıb anbara təhvil verilməsi
2.8 Praktiki biliklərin yoxlanılması