Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- Siqnalçı və ilməkçi peşəsi üzrə çalışan işçilər, yükqaldırma sahəsinə cəlb edilmiş işçilər
Niyə bu təlim?
Böyük Britaniyanın “Yükqaldırma Avadanlıqları üzrə Mühəndislər Assosiasiyası”nın (LEEA) “Siqnalçı və İlməkçi” təlimi Refresher kursunun məqsədi Siqnalçı və İlməkçi peşəsi üzrə çalışan işçilərin təlimi zamanı nəzəri hissədə yükqaldırma əməliyyatlarında istifadə olunan avadanlıqlar, onların növləri, yerləşdirilməsi və quraşdırılması haqqında məlumat, əsaslı yoxlamaların və inspeksiyaların aparılmasına dair tələblər, yükqaldırma əməliyyatları zamanı siqnalçı və ilməkçinin vəzifə və məsuliyyətləri, əməliyyatlar zamanı radio və əl işarələrindən düzgün istifadə, yükqaldırma əməliyyatları zamanı istifadə olunan aksesuarlar haqqında məlumat və onların təhlükəsiz istifadə qaydaları, əməliyyat öncəsi yükün çəkisinin təyin olunması, düzgün qoşqu nöqtələrindən istifadə etmək, işdən öncə planlaşdırmanın düzgün aparılması və.s işlər üzrə biliklərin yenilənməsindən ibarətdir
Sertifikatlaşdırma
LEEA (Lifting Equipment Engineers Association)
Təlim necə keçirilir?
Təşkilata faydalası
Bu kursun təşkilata əsas faydası, qaldırma əməliyyatlarının daha təhlükəsiz, səmərəli və standartlara uyğun şəkildə həyata keçirilməsini təmin etməsidir. Təlim nəticəsində işçilərin bilik və bacarıqları artır, bu da əməliyyat zamanı səhvlərin və insan faktorundan qaynaqlanan risklərin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarır.
Bundan əlavə, kurs təşkilatda LOLER və PUWER kimi beynəlxalq tələblərə uyğunluğun təmin olunmasına dəstək verir. Bu isə hüquqi risklərin azalmasına və auditlər zamanı daha uğurlu nəticələrin əldə olunmasına şərait yaradır.
Təlim keçmiş siqnalçı və ilməkçilər tərəfindən düzgün planlaşdırılmış və icra olunan əməliyyatlar avadanlıqların zədələnməsi, yükün düşməsi və istehsalat qəzaları kimi halların qarşısını alır. Nəticədə, iş dayanma müddətləri azalır, əməliyyatların davamlılığı qorunur və ümumi məhsuldarlıq artır.
İştirakçı üçün yaratdığı dəyər
Siqnalçı və İlməkçi Refresher kursunun iştirakçıya əsas faydası, onun mövcud bilik və bacarıqlarını yeniləmək, unudulmuş və ya zəifləyən praktiki vərdişlərini bərpa etmək və ən son təhlükəsizlik tələblərinə uyğun şəkildə fəaliyyət göstərməsini təmin etməkdir.
Bu təlim nəticəsində iştirakçı qaldırma əməliyyatları ilə bağlı əvvəl əldə etdiyi bilikləri təkrar möhkəmləndirir, xüsusilə risklərin qiymətləndirilməsi, yükün düzgün ilmələnməsi və təhlükəsiz iş üsullarının tətbiqi sahəsində daha dəqiq və inamlı fəaliyyət göstərir.
Eyni zamanda, refresher kurs iştirakçının əməliyyat zamanı diqqətini artırır, səhv etmə ehtimalını azaldır və gündəlik iş prosesində daha məsuliyyətli yanaşma formalaşdırır. İştirakçı kran operatoru və komanda üzvləri ilə ünsiyyət bacarıqlarını yeniləyir, standart əl siqnalları və radio-rabitə qaydalarını daha düzgün tətbiq etməyi təkmilləşdirir.
Təlim Proqramı (Günlər Üzrə)
1. Nəzəri hissə
1.1 Dinləyicilərin qeydiyyatı və ilkin təlimatın keçirilməsi. LOLER qaydaları haqqında ümumi məlumat (izahı, tətbiqi, güc və sabitlik, insan qaldıran yükqaldırma avadanlıqları, yerləşdirmə və quraşdırma, işarələnmə, işin təşkili və planlaşdırma, əsaslı yoxlama və inspeksiya)
1.2 Yükqaldırma əməliyyatları zamanı siqnalçı və ilməkçinin vəzifə və öhdəlikləri. Siqnalçı və ilməkçinin təhlükəsizliyi
1.3 Yükqaldırma aksesuarları – troslar, zəncirlər, lifli burazlar, sırğalar, rımboltlar, qarmaqlar, lövhə qapmaları, vertikal lövhə qapmaları və qaldırıcı tirlər haqqında məlumat
1.4 Yükqaldırma avadanlıqları – mobil və tırtıllı kranlar, manipulyatorlar, mobil və daşına bilən yükqaldırma mexanizmləri haqqında məlumat. Növləri və fərqləri
1.5 Yükqaldırma əməliyyatları zamanı istifadə olunan rabitə vasitələrindən düzgün istifadə qaydaları. Əməliyyatlar zamanı ən çox istifadə olunan və tövsiyə edilən əl işarələri
1.6 Yüklərin çəkisinin hesablanması, ağırlıq mərkəzinin təyin olunması, çəkilər və ölçü vahidləri, qoşqu nöqtələrinin sayına görə aksesuarların SWL/WLL-nin təyin olunması, fərqli konfiqurasiyalarda SWL-də dəyişikliklər, həddən artıq yükləmə
1.7 İlgəklərin növləri, istifadə qaydaları və düzgün istiqaməti. Qoşqu nöqtələri üçün tələblər
1.8 Nəzəri biliklərin yoxlanılması
2. Praktiki hissə
2.1 Siqnalçının aparılacaq əməliyyat haqqında iş öncəsi təlimat keçməsi. İşin planlaşdırılması. Vəzifə bölgüsü. Risklərin düzgün qiymətləndirilməsi
2.2 Fərdi qoruyucu vasitələrdən düzgün istifadə (əlcək, dəbilqə, qoruyucu ayaqqabı və s.). Yükün çəkisini və mərkəzini düzgün qiymətləndirmək. Ərazinin baryerə alınması
2.3 Düzgün əl işarələrindən istifadə. Yükə uyğun aksesuarın seçilməsi. Avadanlığın yükə uyğunluğunun yoxlanması
2.4 Ağırlıq mərkəzi fərqli yüklərin düzgün ilməklənməsi. Kor əməliyyatlar. Yüklərin maneələrdən keçirilməsi
2.5 Yükqaldırma əməliyyatlarından öncə aksesuarların yoxlanılması. Yükün düzgün ilməklənməsi. Atəş xətti
2.6 Kəndirlərdən düzgün istifadə. Siqnalçının göstərişlərinə əməl olunması
2.7 Yükün qoyulacaq yerinin hazırlanması. Əməliyyatın sonunda aksesuarların yoxlanıb anbara təhvil verilməsi