Menyu

"Əl ilə qaynaqda elektrik qaynaqçısı" peşəsi üzrə

Kateqoriya: Qaynaq və inspeksiya Müddət: 25 gün Format: Əyani Təlim dili: Azərbaycan

Kimlər üçündür?

  • Qaynaq sahəsində çalışan texniki işçilər və qaynaqçılar 

Niyə bu təlim?

“Əl ilə qaynaqda elektrik qaynaqçısı” peşəsi üzrə yenidənhazırlanma kursunun məqsədi SOCAR-ın müxtəlif struktur bölmələrində çalışan qaynaqçıların müasir və mütərəqqi qaynaq texnologiyaları, elektrik əl qövs qaynağının xüsusiyyətləri, metalların və ərintilərin qaynaqlanma qabiliyyəti, tətbiq sahələri, yeni nəsil qaynaq avadanlıqlarının iş prinsipləri üzrə nəzəri biliklərini və praktiki bacarıqlarını təkmilləşdirmək, onların əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına uyğun şəkildə peşə fəaliyyətini effektiv və təhlükəsiz icra etmələrini təmin etməklə ixtisas səviyyələrinin artırılması və yenidənhazırlanmalarının təşkilindən ibarətdir.

Sertifikatlaşdırma

Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar

Təşkilata faydalası

“Əl ilə qaynaqda elektrik qaynaqçısı” peşəsi üzrə yenidənhazırlanma kursunun təşkilata faydası istehsalat proseslərində qaynaq işlərinin keyfiyyətinin və etibarlılığının yüksəldilməsi, müasir texnologiya və avadanlıqlardan düzgün və səmərəli istifadə bacarıqlarının formalaşdırılması, qəza və nasazlıqların qarşısının alınması, əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə riayət səviyyəsinin artırılması, istehsalat fasilələrinin və maddi itkilərin azaldılması, insan resurslarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi və nəticə etibarilə müəssisənin ümumi məhsuldarlığının və rəqabət qabiliyyətinin artırılmasının təmin edilməsindən ibarətdir.

İştirakçı üçün yaratdığı dəyər

“Əl ilə qaynaqda elektrik qaynaqçısı” peşəsi üzrə yenidənhazırlanma kursu iştirakçılara müasir qaynaq texnologiyaları, elektrik əl qövs qaynağının üsul və metodları, metalların və ərintilərin qaynaqlanma xüsusiyyətləri, yeni nəsil qaynaq avadanlıqlarının istismarı üzrə dərin nəzəri biliklər və praktiki bacarıqlar qazandırır. Kurs iştirakçıların əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi üzrə biliklərini artırır, risklərin düzgün qiymətləndirilməsi və təhlükəsiz iş mühitində fəaliyyət göstərmə vərdişlərini formalaşdırır. Eyni zamanda, iştirakçıların peşəkar səviyyəsini yüksəldərək onların müstəqil və keyfiyyətli qaynaq işlərini yerinə yetirmə qabiliyyətini inkişaf etdirir.

Təlim Proqramı (Günlər Üzrə)

1. XÜSUSİ TEXNOLOGİYA
1.1 Metalların texnologiyası və materialşünaslıq
1.1.1 Materialşünaslıq haqqında ümumi məlumat. Metalların fiziki və mexaniki xassələri
1.1.2 Metal və ərintilər. Poladların kimyəvi tərkibi və tətbiq sahələri
1.1.3 Çuqunların kimyəvi tərkibi və tətbiq sahələri
1.2 Metalların qaynaqolunma qabiliyyəti
1.2.1 Poladların və çuqunların qaynaqolunma qabiliyyəti
1.2.2 Əlvan metalların qaynaqolunma qabiliyyəti
1.3 Metalların termiki emalı
1.4 Qaynaq tikişləri və onların fəza vəziyyətləri
1.4.1 Qaynaq tikişlərinin təsnifatı
1.4.2 Qaynaq tikişlərinn fəza vəziyyətləri
1.5 Qaynaq birləşmələri və qaynaq simvolları
1.5.1 Qaynaq birləşmələrinin növləri
1.5.2 Sadə qaynaq simvolları
1.6 Qaynaq qövsü və onun xassələri
1.6.1 Qaynaq qövsünün quruluşu
1.6.2 Qaynaq qövsünün uzunluğu və yanma dayanıqlılığı
1.7 Qaynaq prosesləri. Elektrik qövs qaynağı
1.7.1 Müxtəlif qaynaq prosesləri haqqında məlumat
1.7.2 Elektrik qövs qaynağı
1.8 Qaynaq işləri üçün sərfiyyat materialları
1.8.1 Qaynaq işlərində istifadə olunan flüslər, qazlar və qaynaq məftilləri
1.8.2 Örtüklü elektrodların növləri və markalanması
1.9 Qaynaq işlərində istifadə olunan alət və avadanlıqlar
1.9.1 Qaynaq işlərində istifadə olunan alətlər, fərdi mühafizə vasitələri
1.9.2 Elektrik qövs qaynağı üçün qida mənbələri
1.10 Qaynaq zamanı yaranan deformasiya və gərginliklər
1.10.1 Qaynaq zamanı deformasiya və gərginliklərin yaranma səbəbləri
1.10.2 Deformasiya və gərginliklərin qarşısının alınma yolları
1.11 Qaynaq rejiminin əsas parametrləri və onların tikişin forma və ölçülərinə təsiri
1.11.1 Qaynaq prosesi rejiminin əsas parametrləri
1.11.2 Rejim parametrlərinin tikişin forma və ölçülərinə təsiri
1.12 Elektrik qövs qaynağı ilə çuqunların, əlvan metal və ərintilərin qaynaqlanması
1.12.1 Elektrik qövs qaynağı ilə çuqunların qaynaq olunması
1.12.2 Elektrik qövs qaynağı ilə mis və onun ərintilərinin qaynaq olunması
1.12.3 Elektrik qövs qaynağı ilə alüminium və onun ərintilərinin qaynaq olunması
1.13 Qaynaqçıların bilik və bacarıqlarının yoxlanılması. Qaynaq prosedurunun spesifikasiyası
1.14 Qaynaq tikişlərində yaranan qüsurlar və onların yaranma səbəbləri
1.14.1 Qaynaq qüsurlarının təsnifatı
1.14.2 Qaynaq qüsurlarının yaranma səbəbləri
1.15 Qaynaq birləşmələrinin müayinə metodları
1.15.1 Qaynaq birləşmələrinin mexaniki sınaq üsulları ilə müayinə olunması
1.15.2 Qaynaq birləşmələrinin fiziki sınaq üsulları ilə müayinə olunması
1.16 Qaynaq tikişlərinin təmir edilməsi
1.16.1 Qaynaq tikişindəki qüsurun qiymətləndirilməsi və təmir üçün hazırlıq işləri
1.16.2 Tikişdəki qüsurun kənarlaşdırılması və təmir edilməsi

2. ƏMƏYİN MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİK TEXNİKASI
2.1 Təhlükəsizlik  texnikası
2.2 Elektrik təhlükəsizliyi
2.3 İlk tibbi yardım, istehsalat sanitariyası və gigiyenası
2.4 Yanğından mühafizə
2.5 Dəniz təhlükəsizliyi qaydaları
2.6 Ətraf mühitin mühafizəsi

3. İSTEHSALAT TƏLİMİ
3.1 Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandırma
3.2 Əl ilə elektrik qaynaqçısının iş yeri ilə tanışlıq
3.3 Əl ilə elektrik qaynağında istifadə olunan avadanlıqlar, qaynaq aparatları, elektrodlar, qaynaq kabelləri, qaynaq rejimləri ilə tanışlıq
3.4 Lövhələrin qaynağa hazırlanması və müxtəlif fəza vəziyyətlərində qaynaq olunması
3.5 Boruların qaynağa hazırlanması və müxtəlif fəza vəziyyətlərində qaynaq olunması
3.6 Qaynaq tikişlərinin vizual müayinəsi və qüsurların aşkar olunması 
3.7 Əl ilə elektrik qaynaqçısının sərbəst işi