Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- Mühafizə xidməti zamanı komandir (rəis) funksiyalarını həyata keçirən əməkdaşlar
Niyə bu təlim?
Təlimin məqsədi SOCAR-ın idarə, təşkilat və müəssisələrində mülki müdafiə qüvvələrinin “Komandir-rəis heyəti”nin fövqəladə halların qarşısının alınması, nəticələrinin operativ və effektiv şəkildə aradan qaldırılması, eləcə də qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin düzgün təşkili və idarə olunması sahəsində bilik, bacarıq və vərdişlərinin artırılmasını təmin etməkdən ibarətdir. Bu məqsəd çərçivəsində komandir-rəis heyətinin ekstremal şəraitlərdə düzgün qərarvermə qabiliyyətinin formalaşdırılması, qüvvə və vasitələrin səmərəli idarə edilməsi, şəxsi heyətin təhlükəsizliyinin təmin olunması və obyektlərin dayanıqlı fəaliyyətinin qorunması üzrə hazırlıq səviyyəsinin yüksəldilməsi əsas prioritet kimi müəyyən edilir.
Sertifikatlaşdırma
Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi
Təlim necə keçirilir?
Təşkilata faydalası
Bu təlim proqramı SOCAR-ın idarə, təşkilat və müəssisələrində fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsinə, risklərin vaxtında qiymətləndirilməsi və düzgün qərar qəbuletmə mexanizmlərinin formalaşdırılmasına xidmət edir. Kurs nəticəsində müəssisələrdə təhlükəsizlik mədəniyyəti güclənir, qəza, yanğın, texnogen və təbii fəlakətlərin təsirlərinin minimuma endirilməsi üçün operativ və koordinasiyalı fəaliyyət təmin olunur. Eyni zamanda, mülki müdafiə üzrə qüvvə və vasitələrin daim hazır vəziyyətdə saxlanılması, itkilərin azaldılması və istehsalatın fasiləsizliyinin qorunması istiqamətində təşkilatın ümumi dayanıqlığı və effektivliyi artır.
İştirakçı üçün yaratdığı dəyər
Bu təlim proqramı iştirakçıların fövqəladə hallar zamanı düzgün davranış və operativ qərarvermə bacarıqlarını inkişaf etdirir, onların mülki müdafiə sahəsində nəzəri biliklərini və praktiki vərdişlərini artırır. Kurs nəticəsində iştirakçılar riskləri qiymətləndirməyi, təhlükəli vəziyyətlərdə özünü və ətrafdakılara kömək göstərməyi, xilasetmə və digər təxirəsalınmaz işlərin təşkilində fəal iştirak etməyi öyrənirlər. Eyni zamanda, fərdi və kollektiv mühafizə vasitələrindən düzgün istifadə bacarığı formalaşır, bu da onların peşəkarlıq səviyyəsini yüksəldir və iş mühitində təhlükəsiz fəaliyyət göstərmələrinə töhfə verir.
Təlim Proqramı (Günlər Üzrə)
Mövzu 1 – Mülki müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu, Nazirlər Kabinetinin fövqəladə hallar və mülki müdafiə sahəsində qərarları
Mövzu 2 – Mülki müdafiə rəhbər heyətinin fövqəladə hallar zamanı fəaliyyəti
Mövzu 3 – Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı dəstə (qrup, manqa) komandirinin fəaliyyəti
Mövzu 4 – Terror, təxribat və digər fövqəladə hadisələr zamanı ictimai təhlükəsizliyin mühafizəsinin təşkili
Mövzu 5 – Fərdi mühafizə vasitələri və onlardan istifadə qaydaları
Mövzu 6 – Fövqəladə hal rayonlarında və mülki müdafiə dəstələrinin hərəkət marşrutlarında komandir-rəis heyətinin fəaliyyəti
Mövzu 7 – Mülki müdafiə əmlakının saxlanılması və hərbiləşdirilməmiş MM qüvvələrinin şəxsi heyətinə verilməsi (paylanması) qaydaları
Mövzu 8 – Xilasetmə və digər təxirəsalınmaz işlər aparılarkən rabitənin təşkili üzrə dəstə (manqa) komandirinin fəaliyyəti
Mövzu 9 – Yanğınsöndürmə vasitələri, onlardan istifadə qaydaları və yanğınların söndürülməsi zamanı dəstə (manqa) komandirinin fəaliyyəti
Mövzu 10 – Avtomobillərlə daşınmaların növləri, köçürülmə və xilasetmə işləri zamanı daşınmaların təşkili üzrə dəstə (manqa) komandirinin fəaliyyəti
Mövzu 11 – Radioloji, kimyəvi, toksikoloji, bakterioloji (bioloji) və güclü təsirli zəhərləyici kimyəvi maddələrlə zəhərlənmə zamanı özünə yardım və zəhərlənmə ocağının lokallaşdırılması və neytrallaşdırılması