Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- “Avtomobil təmiri çilingəri” peşəsində çalışan işçi heyət
Niyə bu təlim?
Kursunun məqsədi SOCAR-ın müxtəlif istehsalat sahələrində çalışan avtomobil təmiri çilingərlərinə müasir texnologiyalar əsasında hazırlanmış avtomobillərin istismar qaydaları, konstruktiv quruluşu, işləmə xüsusiyyətləri və texniki xarakteristikaları barədə biliklərin aşılanması, onlara göstərilən texniki xidmətlərin və müasir təmir texnologiyalarının öyrədilməsi, daxili yanma mühərrikinin işə salınması və dayandırılmasının texnoloji ardıcıllığının mənimsədilməsi, eyni zamanda əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində maarifləndirmənin təmin olunması, işçi heyətin bilik və bacarıqlarının artırılması yolu ilə istehsalat prosesində baş verə biləcək qəzaların minimuma endirilməsi və SOCAR-ın əsas korporativ dəyərlərindən olan təhlükəsizlik prinsipinin nəzəri və praktiki əsaslarının möhkəmləndirilməsindən ibarətdir.
Sertifikatlaşdırma
Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi
Təlim necə keçirilir?
Təşkilata faydalası
Bu təlim kursunun təşkilata faydası ondan ibarətdir ki, avtomobil təmiri çilingərlərinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində bilik və bacarıqları artırılaraq istehsalat prosesində baş verə biləcək qəzaların və xəsarətlərin sayı minimuma endirilir, texniki nasazlıqların qarşısı vaxtında alınır və avadanlıqların istismar müddəti uzadılır. Eyni zamanda iş proseslərinin daha təhlükəsiz və səmərəli təşkili təmin olunur, iş dayanma hallarının azalması nəticəsində əməliyyatların davamlılığı yüksəlir.
İştirakçı üçün yaratdığı dəyər
Bu təlim kursu iştirakçılar üçün avtomobil təmiri sahəsində müasir bilik və bacarıqların əldə olunmasına, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını dərindən mənimsəməyə imkan yaradır. Nəticədə iştirakçılar iş prosesində riskləri düzgün qiymətləndirməyi, təhlükəli halların qarşısını vaxtında almağı və fövqəladə vəziyyətlərdə düzgün davranmağı öyrənirlər. Eyni zamanda texniki xidmət və təmir işlərini daha səmərəli və keyfiyyətli icra etmək bacarığı da formalaşır.
Təlim Proqramı (Günlər Üzrə)
1. Avtomobilin təmiri çilingərinin iş yerinin əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına uyğun təşkili
2. Avtomobil mühərriklərinin elektrik, soyutma, qidalandırma və alışdırma sistemlərinə texniki xidmətin təhlükəsiz göstərilməsi
3. Avtomobilin təmiri zamanı istifadə edilən qaldırıcı qurğuların (domkrat, lift və s.) təhlükəsiz istismar qaydaları
4. Çilingər işlərinin görülməsində istifadə olunan alətlər və tərtibatlarının təhlükəsiz istismar qaydaları
5. Texniki xidmət və təmir işləri ilə bağlı təhlükələr, risklər və nəzarət tədbirləri
6. Avtomobillərin təmiri zamanı baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri haqqında məlumat / İstifadə edilən fərdi mühafizə vasitələri
7. Yanğın təhlükəsizliyi qaydaları
8. Təhlükəli enerji növləri barədə məlumat, mexaniki enerji ilə təhlükəsiz iş üsulları və elektrik təhlükəsizliyi qaydaları
9. İlk yardım, istehsalat sanitariyası və gigiyenası
10. Ətraf mühitin mühafizəsi
11. Fövqəladə hallar zamanı davranış qaydaları
12. Biliklərin qiymətləndirilməsi