Menyu

Quyuların əsaslı təmiri zamanı quyulara nəzarət

Kurs quyuya nəzarət hadisələrinin qarşısının alınması, potensial risklərin vaxtında müəyyən edilməsi və fövqəladə hallarda düzgün qərarların qəbul edilməsi üzrə peşəkar səriştələrin inkişafına yönəlib.

Kateqoriya: Neft-qaz və neft-kimya texnologiyaları Müddət: 5 gün Format: Əyani Təlim dili: İngilis, Azərbaycan

Kimlər üçündür?

Müxtəlif istehsalat obyektlərində quyuların əsaslı və yeraltı (cari) təmiri sahəsində çalışan mütəxəssislər üçündür.

Niyə bu təlim?

Kursunun əsas məqsədi quyuların əsaslı təmiri zamanı quyuya nəzarətin təhlükəsiz və effektiv şəkildə həyata keçirilməsi üçün iştirakçılara zəruri nəzəri bilik və praktiki bacarıqların qazandırılmasıdır. Kurs quyuya nəzarət hadisələrinin qarşısının alınması, potensial risklərin vaxtında müəyyən edilməsi və fövqəladə hallarda düzgün qərarların qəbul edilməsi üzrə peşəkar səriştələrin inkişafına yönəlib.

Sertifikatlaşdırma

International Association of Drilling Contractors

International Association of Drilling Contractors (IADC) 

Təlimin məqsədləri

Quyuların Əsaslı Təmiri zamanı Quyuya Nəzarət kursunun əsas məqsədi quyuların əsaslı təmiri zamanı quyuya nəzarətin təhlükəsiz və effektiv şəkildə həyata keçirilməsi üçün iştirakçılara zəruri nəzəri bilik və praktiki bacarıqların qazandırılmasıdır. Kurs quyuya nəzarət hadisələrinin qarşısının alınması, potensial risklərin vaxtında müəyyən edilməsi və fövqəladə hallarda düzgün qərarların qəbul edilməsi üzrə peşəkar səriştələrin inkişafına yönəlib.

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar

Təşkilata faydalası

Kurs əməkdaşların quyuya nəzarət üzrə peşəkar səriştələrinin artırılmasına, əməliyyat risklərinin və quyuya nəzarət hadisələrinin minimuma endirilməsinə, işlərin təhlükəsizlik tələblərinə uyğun aparılmasına və əməliyyatların etibarlılığının yüksəldilməsinə töhfə verir. Eyni zamanda, işçi heyətinin fövqəladə vəziyyətlərə hazırlıq səviyyəsinin və təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinə xidmət edir.

İştirakçı üçün yaratdığı dəyər

Kursu uğurla başa vuran dinləyicilər quyuların təmiri zamanı quyuya nəzarətin əsas prinsiplərini, təzyiq və quyu göstəricilərinin düzgün qiymətləndirilməsini, potensial quyuya nəzarət problemlərinin erkən əlamətlərinin müəyyən edilməsini və müvafiq nəzarət tədbirlərinin tətbiqini öyrənirlər. Təlim dinləyicilərin riskləri düzgün qiymətləndirmək, təhlükəli vəziyyətlərdə operativ və əsaslandırılmış qərarlar qəbul etmək və quyuya nəzarət əməliyyatlarında daha təhlükəsiz və səmərəli fəaliyyət göstərmək bacarıqlarını inkişaf etdirir.

Təlim Proqramı (Günlər Üzrə)

     1-ci gün

  • Dinləyicilərin qeydiyyatı və giriş təlimatının keçirilməsi
  • Quyuya nəzarət zamanı baş verən hadisələrin potensial təsirləri; İşlək quyunun / Boğulmuş quyunun cari vəziyyəti; Risklərin idarə edilməsi; İş öncəsi ünsiyyət
  • Təhlükəsizlik əmsalının seçilməsi; Fövqəladə hallar proseduraları; Drills Təlim məşqləri; Təzyiqə nəzarət avadanlıqları / Təhlükəsiz baryer sərhəddinin nəzərə alınması
  • Təzyiqin əsasları; Hesablamalar
  • Əvvəlcədən qeydə alınmış quyu ilə bağlı məlumatlar; Quyunun təhlükəsiz hala gətirilməsi
  • 2.1 və 2.2 modullarının xülasəsi

    2-ci gün

  • Ev tapşırıqlarının yoxlanılması
  • Baryer sistemlərinin fəlsəfəsi və istismarı; Baryerlərin növləri
  • Baryerlərin səviyyələri; Baryerlərin idarə edilməsi
  • Laydan quyuya axın; Laydan quyuya axının aşkarlanması
  • Təzyiq ilə həcm arasında əlaqə (Boyl qanunu); Məhlulların xüsusiyyətləri
  • Təzyiq ilə həcm arasında əlaqə (Boyl qanunu); Məhlulların xüsusiyyətləri
  • 2.3, 2.4 və 2.5 modullarının xülasəsi

    3-cü gün 

  • Ev tapşırıqlarının yoxlanılması
  • Əsaslı təmir üçün istifadə olunan məhlullar;Əsaslı təmir üçün istifadə olunan məhlulların funksiyaları
  • Məhlul xüsusiyyətləri; Məhlul axınının davranışı; Məhlul növləri
  • Fontan armaturu; Klapanlar ya Siyirtmələr; Quyuağzı avadanlıqlar; Təzyiqli altında işləyən avadanlıqlar; Təzyiqə nəzarət avadanlıqları(PCE); Atqıya qarşı quyuağzı avadanlıq 
  • Quyuya nəzarət üçün köməkçi avadanlıq (Qazma qurğusunun döşəməsi); Quyudibi avadanlıq; Akkumulyatorlar; Tənzimləyicilər və tənzimləyici manifoldlar; Flyuidin ölçülməsi; Nasos-kompressor borusu və qaldırıcı boru
  • 2.6 və 2.7 modullarının xülasəsi

    4-cü  gün

  • Ev tapşırıqlarının yoxlanılması
  • Siqnal hədlərininin təyini/yoxlanması; Quyunun bağlanması; Bağlı quyunun yoxlanılması; Quyu bağlanan zaman nəzarətin  və qeydiyyatın aparılması; Strippinq əməliyyatları; Siyirtməni çıxartmaq üçün tıxacların məqsədi və istifadəsi
  • Təzyiqə nəzarət üsullarının metodologiyası; Bulhedinq (təzahürün təzyiq altında laya basılması proseduru); Müəyyən həcmdə məhlulun quyuya vurularaq ona uyğun həcmdə qazın quyudan xaric edilməsi üsulu; Ənənəvi (Düz) Yuma üsulu; Əks yuma; Nasosun işə salınması və söndürülməsi proseduru; Simulyatorda iş
  • Quyu lüləsində və Boruda Tıxanmalar və Yığılıb qalmış Təzyiq; H2S ilə bağlı təhlükəsizlik və əməliyyat tələbləri; Qazlar; Quyunun boğulması zamanı dəyişikliklərin idarə olunması; Digər quyularla potensial əlaqə ilə bağlı çətinlik
  • Qazın aşkarlanması; Quyuağzı İdaretmə Paneli
  • 2.8, 2.9, 2.10 və 2.11 modullarının xülasəsi

    5-ci gün

  • Nəzəri imtahan
    Kurs ingilis dilində tədris olunduğu halda, imtahan onlayn formatda keçiriləcəkdir. Kurs Azərbaycan dilində (ana dilində) tədris olunduğu halda isə imtahan kağız üzərində (yazılı) keçiriləcəkdir.